Qlobal iqtisadiyyat: Kimin payı nə qədərdir? | İnfoqrafika

      Qlobal iqtisadiyyat:    Kimin payı nə qədərdir?    | İnfoqrafika
  12 Yanvar 2025    Oxunub:330
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2025-ci ildə planetin qlobal ümumi daxili məhsulu 115 trilyon dollar olacaq. Bunun $30.3 trilyonu artıq bir əsrdir ki, dünyanın ən böyük iqtisadiyyatına malik ölkə statusunu qoruyan ABŞ-nin payına düşəcək.
İkinci yerdə gələn Çin hələ ki xeyli geri qalır: “Səma imperiyası” bu il qlobal ÜDM-in $19.5 trilyonunu istehsal edəcək.
İki ölkə - ABŞ və Çin birlikdə dünya iqtisadiyyatının 2/5 hissəsinə malikdirlər.


Üçüncü yerdə gələn Almaniya ($4.9 trilyon) Yaponiyanı ($4.4 trilyon) kiçik fərqlə qabaqlaya bilib. Hindistan ($4.3 trilyon) isə Böyük Brityaniyanı ($3.7 trilyon) üstələyərək, ilk beşliyə daxil olub.

BVF bu vəziyyətin 2026-cı ilə qədər belə qalacağını düşünür. Gələn il Hindistan əvvəlcə Yaponiyanı, 2028-ci ildə isə Almaniyanı qabaqlayaraq, ilk üçlüyə daxil olacaq.


Tariyel Həsənov



Teqlər: İnfoqrafika  





Xəbər lenti